AZ

Daha bir rayonda heyvan bazarı açılır

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında Göygöl rayonunda fəaliyyət göstərən heyvan bazarında yenidənqurma işləri yekun mərhələyə çatıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki,hazırda bazarın ərazisində yolun asfaltlanması, heyvanların saxlanma məntəqələrinin təşkili və dezbaryerlərin quraşdırılması kimi əsas infrastruktur işləri tamamlanıb. Bazarda iri və xırdabuynuzlu heyvanların ayrı-ayrı sahələrdə saxlanılması üçün məntəqələr tikilib.

Bazarın açılması üçün Agentliyə müraciət edilib. Yaxın günlərdə Göygöl və daha bir neçə infrastruktur işləri həyata keçirilən heyvan bazarlarının yenidən fəaliyyətə başlaması ilə bağlı müvafiq qərarlar veriləcək.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
8
cebheinfo.az

9Mənbələr