Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Balaca addımlar, sürətli qaçışlar və diqqətli baxışlar…
Məşq meydançasında uşaqlar və yeniyetmələr futbol sevgisini hərəkətdə nümayiş etdirirlər. Geniş meydanda onların tutduğu sahə kiçik görünsə də, kənardan baxanda hər bir qaçışda, ötürmədə və zərbədə böyük istək və həvəs hiss olunur. Meydanda olan qızlar və oğlanlar eyni əzmlə çalışır, futbolun əsaslarını öyrənərək ilk təcrübələrini qazanırlar.
Məşq prosesində uşaqların enerjisi, diqqəti və oyuna marağı xüsusilə nəzərə çarpır.
İdman.Biz-in əməkdaşı “Ulduz” Futbol Akademiyasının məşqlərini yerində izləyib və uşaqların, eləcə də yeniyetmələrin futbol yolundakı ilk addımlarını, meydandakı səmimi və dinamik anlarını əks etdirən fotoreportaj hazırlayıb.
İslam Atakişiyev
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.