Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Far.Az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qalereya
****15:56
Bakıda fərdi yaşayış evi yanır.
Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.
FHN Mətbuat xidmətinin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Hadisə yerindən görüntüləri təqdim edirik: