Siyəzən rayonu ərazisində bədbəxt hadisə baş verib.
“7Times.az”-ın əldə etdiyi məlumata görə, rayonun Böyük Həmyə kəndi ərazisində Hüseynağa Bağırova məxsus “VAZ 2107” markalı minik avtomobili qəfildən alışaraq yanıb. Bu zaman avtomobilin içində olan 2 yaşlı Bağırlı Seyfəl Hüseynağa oğlu yanan avtomobildə dünyasını dəyişib.
Kənd sakinlərinin “7Times.az”-a verdiyi açıqlamaya görə, hadisə Hüseynağa Bağırovun avtomobilində baş verən nasazlığı düzəltmək istəyərkən baş verib. Bu zaman onun 2 yaşlı övladı Bağırlı Seyfəl avtomobildə olub. Daha sonra o, uşağı avtomobildə qoyaraq evdən müxtəlif alətləri gətirməyə gedib.
Hüseynağa Bağırov geri qayıdan zaman avtomobilin alışdığını görüb. Qısa müddət ərzində qapını açdıqdan sonra isə avtomobil alovlanmağa başlayıb və bu zaman iki yaşlı Seyfəl Bağırlı atasının gözləri qarşısında dünyasını dəyişib.
Faktla əlaqədar olaraq araşdırmalar aparılır.