Ankaradakı Liviya səfirliyində Liviya Baş Qərargah rəisi Məhəmməd Əli əl-Həddad və onunla birlikdə olan nümayəndə heyətinin Ankarada baş verən təyyarə qəzasında həlak olması səbəbilə bayraqlar yarıya endirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, hadisə səbəbindən Liviyada 3 günlük “milli matəm” elan edilib, bunun ardınca Liviya bayrağı Ankaradakı Liviya səfirliyində yarıyadək endirilib.