Xoruldama zərərsiz bir orqanizm xüsusiyyəti deyil, əksinə, ciddi bir xəstəliyin simptomudur.
Redaktor.az xəbər verir ki, bu haqda nevroloq Eduard Yakupov lenta.ru-ya müsahibəsində xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, xoruldamanın arxasında əksər hallarda obstruktiv yuxu apnoesi sindromu dayanır. Bu xəstəlik zamanı yuxu əsnasında nəfəsin qısa müddətli dayanması halları baş verir və bu fasilələr bir neçə saniyədən bir dəqiqəyə, hətta daha uzun vaxta qədər davam edə bilər.
Nevroloq izah edib ki, bu anlarda orqanizmdə oksigen səviyyəsi kəskin şəkildə azalır ki, bu da beyinə mənfi təsir göstərir və ağır fəsadlara yol aça bilər.
Aytəkin TOFİQQIZI