AZ

Kənd təsərrüfatı nazirinin müavini Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb  

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağcabədi, Bərdə, Qax, Şamaxı və Samux rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, aqrokimyəvi analizlərin verilməsi, subsidiya ödənişləri, torpağın icarəsi və digər məsələlərlə bağlı olub.

Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Daha sonra nazir müavini İlhamə Qədimova Ağcabədi rayonunun Hindarx qəsəbəsində "Azadagro" MMC və "Ağcabədi taxıl" MMC-yə məxsus intesiv nektarin, badam bağları, müasir suvarma sistemi ilə təmin edilmiş arpa sahəsinə baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb. Görüşlərdə əkin sahələrində və bağlarda müasir aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, aqrar sahəyə dövlət dəstəyi tədbirləri, çoxillik əkinlərə verilən birdəfəlik əkin subsidiyası, intensiv bağçılığın, suvarma sisteminin genişləndirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər və digər mövzularda fikir mübadiləsi aparılıb.

Nazir müavini, həmçinin Ağcabədi rayonunun Hacıbədəlli kəndinin Qaradolaq ərazisində yerləşən, Yusif Lətif oğlu Əsədova məxsus damazlıq qoyunçuluq təsərrüfatına baxış keçirib, heyvandarlıqla məşğul olan fermerlərlə görüşüb.

Seçilən
15
5
azerbaijan-news.az

7Mənbələr