İtaliya milli komandasının sabiq forvardı Mario Balotelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Msport.az xəbər verir ki, “Əl-İttifaq” Balotellini heyətinə qatmaqda israrlıdır.
Ərəblər 35 yaşlı futbolçuya 2,5 illik müqavilə təklif edib. Son olaraq “Cenoa”nın formasını geyinmiş Balotelli hazırda təklifi götür-qoy etməkdədir.
“Əl-İttifaq” Səudiyyə Ərəbistanı çempionatında turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.