Qızı tərəfindən Balkondan atılaraq öldürülən türkiyəli müğənni Güllünün qızı Tüğyan haqda yeni iddialar ortaya atılıb.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin ən yaxın rəfiqəsi onun haqqında qorxunc faktlar açıqlayıb.
Müğənninin yaxın dostu olan Özlem Kara açıqlamasında qızı Güllüdən pul almaq üçün müxtəlif yollara əl atdığını, pul ala bilməyəndə isə qızını satacağını deyərək onu şantaj etdiyini deyib:
"Güllü qızından çox qorxurdu. Onun pul üçün hər şey edə biləcəyini bilirdi. Qızı Güllüdən külli miqdarda pul istəyirdi, o verməyəndə isə Güllünü nəvəsini orqan mafiyasına satmaqla təhdid edirdi. Güllü sağlığında hər iki övladını mirasından rədd edəcəkdi. Onlardan qorxduğu üçün qapısına kilid taxdırmışdı".