AZ

Azərbaycandan göndərilən benzin Ermənistanda əhaliyə neçəyə satılacaq?

BAKI, 24 dekabr. TELEQRAF

“Mətbuatda belə bir xəbər gördüm ki, Azərbaycandan gətirilən premium benzin 430 dramdan satılacaq. Halbuki belə benzinin qiyməti ölkəmizdə adətən 500–520 dram olub. Yəni bu benzin təxminən 90 drama qədər daha ucuz satılacaq ki, bu da yaxşı haldır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

“Əlbəttə, onu da gördüm ki, bəzi vətəndaşlar bu benzini almaq niyyətində olmadıqlarını qeyd ediblər.

Əziz vətəndaşlar, siz azadsınız. Bizim də istəyimiz məhz budur ki, siz azad olasınız, haradan benzin almaq istədiyinizi də özünüz seçəsiniz. Dövlətin vəzifəsi sizin üçün mümkün qədər müxtəlif və geniş çeşid təmin etməkdir, fasiləsiz marşrutlar da mövcud olmalıdır ki, benzin və digər məhsullar daim əlçatan olsun. Bu, həmçinin keyfiyyətin yüksək səviyyədə qalması və həcm baxımından sizi aldatmamalarına nəzarət etmək üçündür. Dövlətin işi bura qədərdir, qalan seçim isə artıq sizin özünüzündür”, - nazir vurğulayıb.

Seçilən
22
teleqraf.com

1Mənbələr