AZ

Bu kəndə köçənlərə 43 min ödəniş ediləcək - FOTO

Bəziləri Alp dağlarının ətəyindəki nağılvari kəndlərdən birinə köçüb yaşamaq arzusundadır. İsveçrədə bunu edənlərə pul da verilir.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, İsveçrə Albinen kəndinin əhalisinin sayının azalmasının qarşısını almaq üçün buraya köçüb yaşamağa razı düşənlərə 20 min frank (təx. 43 min AZN) verməyə hazırdır.

Bundan əlavə, hər uşağa əlavə 10 min frank verilməsi nəzərdə tutulur. Lakin təşviqdən yararlanmaq üçün müəyyən şərtlər yerinə yetirilməlidir. Müraciət edənlər 45 yaşdan kiçik olmalı, kənddə ən azı 10 il yaşamağa öhdəlik götürməli və göstərilən meyarlara cavab verən əmlak almalıdırlar.

Ev almaq üçün minimum investisiyanın 200 min (təx. 432 min AZN) İsveçrə frankı olduğu bildirilir və orada məskunlaşanlardan regionda fəal işləmələri və uzunmüddətli perspektivdə İsveçrə vətəndaşlığını almaq üçün lazımi addımları atmaları tələb olunur.

Rəsmilər vurğulayırlar ki, bu proqram əhalini artırmaqla yanaşı, kənd həyatını davamlı etməyi məktəblərin bağlanmasının qarşısını almağı, yerli iqtisadiyyatı və sosial həyatı canlandırmağı hədəfləyir.

Albinendəki təşviq proqramı şəhər həyatından uzaqlaşmaq və təbiətə daha yaxın yeni bir həyat qurmaq istəyənlər üçün cəlbedici bir seçim kimi görünür.

Billurə


 

Seçilən
45
1
olke.az

2Mənbələr