AZ

Maliyyə yeyintisinin olduğu klubun direktoru xaricə qaçıb?

II Liqada təmsil olunan «Şəki»nin icraçı direktoru Zamin Əsədullayevin Azərbaycandan qaçdığı iddia edilir.

Bu barədə komandanın futbolçuları saytımıza bildirib.

Redaksiyamızla əlaqə saxlayan oyunçular 5-6 ay öncə klubun rəhbərliyinə gətirilmiş şəxsin İspaniyaya yollandığını söyləyiblər.

Onlara inansaq, Z.Əsədullayev maliyyə yeyintiləri ilə bağlı xəbərlər ortalığa çıxandan sonra Priney yarımadasına üz tutub və nə vaxt geri dönəcəyi də bilinmir.

«Şəki» bu yayın sonunda yeni himayədarın çətiri altına keçib. «Fyrbest» əyalət təmsilçisini sponsorluq qanadı altına alıb.

Nəticədə klubun rəhbərliyi dəyişib, hədəfləri böyüyüb. Amma ki… ciddiyət tezliklə korlanıb.

Şirkətin başçısı Rövşən Abdullayev futbola ayırdığı vəsaitin yoxa çıxmasını əsas gətirərək, «Şəki»nin üzərindən əlini çəkib. İş adamı 300 min manata yaxın vəsaitinin ortalıqda olmadığını iddia edib, hesabat istəyib.

Yaranmış qarışıqlıq üzündən klubun külli miqdarda borcu yaranıb: istər məşqçi və futbolçulara, istər stadiona, istərsə də digər işlərə görə.

Üç aydır bütün ödənişlər dayandırılıb. Komanda iki aya yaxındır məşq etmir.

Yalnız oyun günü yığışırlar. Boykot qərarına görə II Liqanın 13-cü turunda meydançaya çıxmayıblar.

AFFA-nın İntizam Komitəsi «Qaradağ Lökbatan» ilə matça gəlməyən «Şəki»lilərə 0:3 hesablı texniki məğlubiyyət verib və 1000 manat cərimələyib.

«Xankəndi» ilə görüş isə yalnız son anda baş tutub. Baş məşqçi Elvin Həsənov hardansa borc taparaq, kollektivin 1 aylıq maaş borcunu ödəyib, iki ayın pulu isə hələ qalmaqdadır.

SPORTİNFO.AZ

photo

Seçilən
34
sportinfo.az

1Mənbələr