AZ

Bakıda xeyli ucuzdur: oradan alacağıq – Xairiyan

Azərbaycandan gətirilən benzin Ermənistanda dekabrın 23-də satışa çıxarılıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.

Qeyd edilib ki, “Ran Oil” stansiyalarında Aİ-95 benzininin litri 430 dram (1,93 AZN)-a satılmağa başlayıb.

“Bu, premium benzinin hazırkı bazar qiymətindən, yəni 520 dramdan xeyli aşağıdır. Azərbaycandan gətirilən Aİ-95 Rusiya yanacağından 17% aşağı qiymətə satılacaq. Birbaşa idxal etmək əvəzinə, topdansatış yanacaq satıcısından 600 ton Azərbaycan benzini alınıb”, – deyə Azərbaycan yanacağını alan “Meqa Trade” şirkətinin direktoru Karen Xairiyan bildirib. /Globalinfo.az/

Seçilən
41
1
turkustan.az

2Mənbələr