“Yuventus”un hücumçusu Kenan Yıldız Premyer Liqa klublarının radarındadır.
İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı futbolçu ilə “Tottenhem” və “Çelsi” yaxından maraqlanır.
Yıldızın “Yuventus”la yeni müqavilə danışıqları nəticəsiz qalıb və tərəflər razılığa gələ bilməsə, futbolçu yanvarda klubunu dəyişə bilər.
Türkiyə millisinin üzvü bu mövsüm 26 oyunda 9 qol və 8 assistlə yadda qalıb.