AZ

Vətən müharibəsi qəhrəmanlarına həsr olunan layihəyə start verilib

 

Bakı, 24 dekabr, AZƏRTAC

“Qalib xalqın Qəhrəmanları” adlı layihənin icrasına başlanılıb. Layihəni Azərbaycan Gənclər Fondunun maliyyə yardımı ilə Gənclər Mərkəzi İctimai Birliyi reallaşdırır.

Bu barədə AZƏRTAC-a adıçəkilən İctimai Birliyin sədri Kənan Qubadzadə məlumat verib.

O bildirib ki, layihənin müddəti 3 aydır və hazırda ilkin olaraq, icra planına uyğun təşkilati işlər görülür.

“Layihənin əsas məqsədi Azərbaycan xalqının tarixinə şanlı səhifələr yazmış Vətən müharibəsi qəhrəmanların tanıdılması, onların göstərdiyi şücaətin gələcək nəsillərə ötürülməsi və vətənpərvərlik duyğularının gücləndirilməsidir. Eyni zamanda, layihə şəhid və qazilərin ailələrinə mənəvi dəstək göstərməyi və ictimai yaddaşda onların rolunun qorunub saxlanmasını hədəfləyir”, - deyə Kənan Qubadzadə vurğulayıb.

Qeyd edək ki, Gənclər Mərkəzi İctimai Birliyi Gənclər Fondu tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən qrant müsabiqəsinin qalibidir.

 

 

Seçilən
28
1
azertag.az

2Mənbələr