AZ

Azərbaycan düyü idxalını 18%-ə yaxın azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 46 milyon 74 min dollar dəyərində 49 min 879 ton düyü idxal edilib.

Banco.az bu barədə Dövlət Gömrük Komistəsinə istinadən xəbər verir.

Düyü idxalı 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə dəyər baxımından 16 milyon 683 min və ya 26,6%, miqdar ifadəsində isə 17,5% 10 min 585 ton azalıb. 

Cari ilin yanvar-noyabr aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,22%-ni təşkil edib. 

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəmizə 62 milyon 757 min dollar dəyərində 60 min 464 ton düyü idxal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
38
1
banco.az

2Mənbələr