AZ

KİV: Fransa hərbçiləri Donbasda müharibə şəraitində dronları idarə etməyi öyrənirlər

Fransız hərbçilər Ukraynanın nəzarətində olan Donbas ərazilərində pilotsuz uçuş aparatlarının (PUA) idarə edilməsi üzrə təlimlər keçirlər.

APA xəbər verir ki, bu barədə “Paris Match” nəşri fransız hərbiçilərin təlimatçısı olan ukraynalı hərbçiyə istinadən məlumat yayıb.

Məlumata görə, dronların buraxılışı Kramatorskun şimalında, “qamışlıq” adlandırılan ərazilərdə həyata keçirilir.

Ukraynalı hərbçi, Maksim adlı PUA operatoru bildirib ki, 2023-cü ildə Fransada — Fransa Xarici Legionunun 2-ci paraşüt alayında təlim keçib. Onun sözlərinə görə, həmin vaxtdan bəri “şagirddən müəllimə çevrilib” və hazırda fransız hərbçilər Donbasa məhz təcrübə mübadiləsi üçün gəlirlər.

Xatırladaq ki, 2024-cü ildə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski Fransanın hərbi təlimatçılar göndərilməsi barədə razılıq əldə olunduğunu bildirmişdi. Lakin Paris o vaxt Ukrayna ərazisində fransız hərbçilərinin olduğunu təkzib etmiş və döyüşlər davam etdiyi müddətdə qoşun göndərməyəcəyini bəyan etmişdi.

Seçilən
18
1
apa.az

2Mənbələr