AZ

"Real" formasında olan qadın Messi ilə şəkil çəkdirmək istədi: Belə reaksiya verdi

"İnter Mayami"nin ulduzu Lionel Messi növbəti dəfə diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, Rouz adlı amerikalı qadın Mayamidə təsadüfən Lionel Messi ilə necə qarşılaşdığından danışıb.

O, "Real" forması ilə gəzdiyi vaxt Messini görüb və onunla şəkil çəkdirməyə tərəddüd edib. Rəqabət, simvollar, tarix – bütün bunlara görə futbolçunun imtina edəcəyini düşünüb. Buna baxmayaraq, cəsarətini toplayıb ona yaxınlaşıb.

Messi isə imtina etməyib. Üstəlik, söhbəti özü başlayıb: “Sən "Real"ın azarkeşisən? Sevimli futbolçun kimdir?”

Rouz "Kilian Mbappe" cavabını verib. Leo gülümsəyərək belə deyib: “Yaxşı seçimdir”.

Seçilən
16
publika.az

1Mənbələr