Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan əsilli Məsud Pezeşkianın İranın prezidenti olmasından sonra rəsmi Bakı ilə Tehran arasında uzun zamandan bəri yaşanan gərginlik yumşaldı.
Bu prosesdə Məsud Pezeçkianın rolu danılmazdır.
Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev də iki ölkə arasında münasibətlərin istiləşməsinə yönəlik bəyanatlar verdi.
Ötən müddət ərzində iki ölkənin rəsmilərinin qarşılıqlı səfərləri bir sıra müsbət qərarlarla nəticələnib.
Amma İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan “Səhər Azəri” kanalı öz ənənəvi ampulasında qalıb.
Gununsesi.info-nun xəbərinə görə,”Səhər Azəri” İlham Əliyevin Sankt-Peterburqda keçirilən MDB zirvəsində iştirak etməməsini özünəməxsus formada şərh edib.
Belə ki, adıçəkilən kanal 2022-ci ilin 22 fevralında imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə”sini xatırladaq, Azərbaycanın hələ də Rusiya ilə yaxın ölkə olduğunu iddia etməyə çalışıb.
“Bütün ritorikaya baxmayaraq, Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir. Qeyri-neft sektoru üzrə ticarət dövriyyəsində Rusiyanın payı xüsusilə yüksəkdir. Kənd təsərrüfatı məhsulları, logistika, sənaye kooperasiyası və tranzit sahələrində qarşılıqlı asılılıq mövcuddur. Bundan əlavə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda Azərbaycan alternativ logistika və maliyyə kanallarından biri kimi çıxış edir.
Digər tərəfdən Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblərin və bölmələrin sayı postsovet məkanında unikal göstəricidir. On minlərlə şagird rus dilində təhsil alır, rus dili respublikada faktiki olaraq ikinci işlək dil statusunu qoruyur. Eyni zamanda, Rusiyada milyonlarla azərbaycanlının yaşaması faktorunu unutmaq olmaz” deyə iddia olunur.
Görünür, İranın yuxarıdakı iddiası böyük narahatçılıqdan doğub.
Çünki, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Azərbaycanla bu ölkə arasında münasibətlər yenidən yaxınlaşıb.
Bundan başqa Azərbaycanıa Avropa İttifaqı arasında yeni mərhələ başlayıb.
Ölkəmiz həm Aİ, həm də bu quruma üzv olan dövlətlərlə ikitərəfli əməkdaşlıq edir.
Görünür, İran bundan narahatdır və Azərbaycanı Qərbin gözündən salmaq üçün bizi zorla Rusiyaya müttəfiq edir.
“İlham Əliyevin MDB sammitinə getməməsi simvolik addımdır” tezisi isə Azerbaycanın müstəqil xarici siyasət yürüdən ölkə imicini zədələmək üçün ortaya atılır.
Amma son dövrlərin siyasəti göstərir ki, Azərbaycan Rusiya ilə yollarını çoxdan ayırıb.
Zatən Azərbaycan özünün Milli Təhlükəsizlik Konsepsiyasında da Avropa və Avroatlantik strukturlara inteqrasiyanı xarici siyasətinin əsas prioriteti kimi müəyyənləşdirib.
Zaman-zaman Avropa ilə yaşanan gərginliklər isə o demək deyil ki, Azərbaycan bu yoldan tam dönəcək.
Təbii ki, ölkəmizdə insan haqları problemləri var və Avropa ilə münasibətlər istiləşdikcə, dialoq çərçivəsində bunlar da müzakirə mövzusu olacaq.
İrana isə Avropaya inteqrasiya etmiş demokratik Azərbaycan sərf etmir.
Ona görə də ölkəmizi Rusiyanın və özlərinin ortasında zəif bir dövlət kimi görmək istəyirlər.
Əliyev isə doğru olanı etdi.
Həmin tarixi 30 il Rusiyanın sayəsində işğalda qalmış, amma bugün azadlığına nail olduğumuz Qarabağda oldu.
Ona görə də “Səhər Azəri” simvolik mənanı bu konteksdə axtarsa, yaxşı olardı…
Pərviz Həşimli
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.