AZ

Qrip respirator viruslar arasında ən təhlükəlisidir Həkimdən XƏBƏRDARLIQ

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Bütün respirator virus infeksiyaları arasında ən təhlükəlisi məhz influenza - qrip virusudur. Xəstəlik əlverişsiz gedişi və ağır fəsadları ilə seçilir və bu virusla ehtiyatlı davranmaq vacibdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qurumun “Instaqram” hesabında keçirilən canlı yayım zamanı səsləndirib.

Onun sözlərinə görə, qrip bir çox insanlarda fəsadsız və yüngül formada keçə bilər. Lakin müəyyən risk qrupuna daxil olan şəxslərdə xəstəlik ağır gedişlə müşayiət oluna və ciddi fəsadlara səbəb ola bilər.

"Qripin ən çox rast gəlinən fəsadlarından biri pnevmoniyadır. Bu həm birbaşa virus mənşəli, həm də ikincili bakterial infeksiya nəticəsində yaranan pnevmoniya ola bilər. Digər mümkün fəsadlar sırasında burun əlavə ciblərinin iltihabı, sinusitlər (haymorit, frontit), orta qulaq iltihabı (xüsusilə uşaqlarda), həmçinin sinir sisteminin zədələnmələri yer alır. Ağır fəsadlara mərkəzi və periferik sinir sisteminin zədələnməsi, meningit və ensefalit kimi həyat üçün təhlükəli hallar daxildir. Bundan başqa, qrip ürək-damar sistemi tərəfindən miokardit, endokardit, eləcə də böyrəklərin zədələnməsi kimi ağırlaşmalara səbəb ola bilər".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
redaktor.az

2Mənbələr