AZ

Banan idxal dəyəri artıb, həcmi isə azalıb Qiymətlər necədir?

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 45 523.24 ton banan və plantayn (bişmiş banan) daxil olmaqla təzə və ya qurudulmuş bananların idxalı həyata keçirilib.

Milli.Az rəsmi statistikaya istinadən xəbər verir ki, idxal olunan bananların dəyəri 45 milyon 378.97 min dollar təşkil edib.

Ötən ilin müvafiq dövründə isə ölkəyə ümumi dəyəri 39 milyon 995.54 min dollar olan 48 311.16 ton banan gətirilib. Ötən illə müqayisədə bu il idxalın həcmi təxminən 3.2 ton azalsa da, idxal dəyəri təxminən 6 milyon dollar çoxdur.

Rəsmi rəqəmlərdən məlum olur ki, bu il ölkəyə idxal olunan bir kiloqram banan üçün bir dollar ödənilib. Hazırda pərakəndə satış məntəqələrində bananın bir kiloqramının qiyməti 2.5-3 manat arasında dəyişir.

Asya

Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
news.milli.az

2Mənbələr