AZ

Səhiyyə Nazirliyi uşaqlarda qrip, risk faktorları və qorunma yollarını açıqlayıb

Bakı. Trend:

Qrip infeksiyası ilə mübarizədə ən təsirli vasitə spesifikpeyvəndin istifadə olunmasıdır. Hər epidemioloji fəsildə bir neçəqrip ştamına rast gəlinir. Qripə qarşı hazırlanmış peyvəndlər 3 vəya 4 komponentli olub, onların tərkibində ətraf mühitdəsirkulyasiya edən əsas fəsli qrip ştamlarının zülal hissəciklərivar.

Trend xəbərverir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabındakeçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti,infeksionist Təyyar Eyvazov açıqlayıb.

Onun sözlərinə görə, peyvəndin tərkibində canlı virusolmadığından peyvənd olunmuş şəxs qriplə xəstələnə bilməz:

“Beləliklə, vaksinasiya olunan şəxslərdə həmin qrip ştamlarınaqarşı immunitet formalaşır. Ona görə peyvənd olunmuş şəxsinorqanizmi artıq bu virusların hissəcikləri ilə təmasda olduğu üçünpayız-qış aylarında baş verən yoluxma zamanı onların əksər hissəsixəstələnmir və ya infeksiyanı simptomsuz keçirir. Digər qismi isəhətta xəstələnərsə belə, bu zaman xəstəlik yüngül keçir,fəsadlaşmır və tezliklə sağalma baş verir.

Bəs peyvənd birinci növbədə kimlər üçün daha çox vacibdir? Busuala cavab vermək üçün bilməliyik ki, xəstəliyin gedişi vənəticələri bir başa immun sistemin iş qabiliyyətindən asılıdır.Yəni, immun sistemində səbəbindən asılı olmayaraq, müəyyənçatmazlıq olan insanlar bu infeksiyanı ağır və fəsadlı keçirir,bəzi hallarda hospitalizasiya tələb olunur.

Beləliklə, immun sistemi yaşa görə hələ tam formalaşmamış 5yaşdan kiçik uşaqlar, fizioloji immunsupressiyası olan hamiləqadınlar, 65+ yaşlı ahıl şəxslər, o cümlədən müxtəlif ağır, xronikixəstəlikləri hesabına immun sistemi zəifləmiş şəxslər qripinfeksiyasını daha əlverişsiz keçirəcəyi anlaşılır.

Peyvənd vasitəsilə birinci növbədə bu şəxsləri qorumaq lazımdır.Beləliklə, qripə qarşı peyvənd olunmaqla özünüzü bir çox xoşagəlməzvə bəzən pis nəticələnən xəstəlik hallarından sığortalayabilərsiniz”.

T.Eyvazov qeyd edib ki, qripin uşaqlar arasında yayılmaxüsusiyyətləri var:
“Belə ki, uşaq orqanizmi hələ tam formalaşmadığı üçün müxtəlifinfeksiyalara, o cümlədən qripə qarşı heç də həmişə adekvatreaksiya verə bilmir. Digər tərəfdən yetkinlərlə müqayisədə bu cürviruslarda yoluxaraq immunlaşma "təcrübəsi" daha azdır. Nəzərəalsaq ki, uşaqların demək olar ki, əksəriyyəti təşkil olunmuş irikollektivlərdə (bağça, məktəb və s.) olurlar. Bu zaman hansısa birxəstə uşaq tərəfindən gətirilən qrip virusu daha çox sayda digəruşaqların yoluxaraq xəstələnməsinə səbəb olur.

Bu hal ayrı-ayrı uşaqlar tərəfindən tez-tez təkrar olunduqda,kollektivdəki digər uşaqlar bütün mövsüm ərzində bir neçə dəfəxəstələnirlər və xəstələnmə bəzən kütləvi hal ala bilər. Ona görədə valideynlər uşağın xəstələnməsini müəyyən etməli və xəstə uşağıbağçaya, məktəbə göndərməməlidirlər.

Xəstə uşaq evdə imkan daxilində izolə edilməli, birinci növbədə5 yaşın altında olan uşaqların valideynləri dərhal həkimə müraciətetməlidirlər. 3-5 gündən çox müddətdə hərarətin yüksək qalması vəya azalaraq yenidən artması qripin ağır və ya fəsadlaşmışgedişindən xəbər verir. Belə hallarda özünü müalicə ilə məşğulolmamalı və təcili həkimə müraciət etmək lazımdır.

Yadda saxlamaq lazımdır ki, qrip zamanı yüksək hərarət kiçikyaşlı uşaqlarda qıcolmalara səbəb ola bilər, həmçinin inaq inkişafedə bilər. Bu hallar uşağın həyatı üçün ciddi təhlükə yaradır”.

Mütəxəssis ekspert bildirib ki, peyvənd olunmaq könüllüolduğundan əhali arasında aparılan maariflənmənin məqsədi məhz riskqrupuna daxil olan həmin şəxslərin birinci növbədə tibbmüəssisələrinə peyvənd olunmaq üçün müraciət etməsinə nailolmaqdır:

“Qeyd edək ki, ölkəmizə gətirilmiş “Sanofi Pasteur” (Fransa)şirkətinin istehsalı olan qrip əleyhinə preparat kifayət qədəreffektiv və təhlükəsizdir. Əhali yaşayış və iş yerlərində əraziüzrə xidmət göstərən ambulator-poliklinik tibb müəssisələrinəmüraciət etməklə ödənişsiz əsaslarla peyvənd oluna bilərlər.

Peyvənd olunduqdan sonra ən azı 2 həftə lazımdır ki, qripə qarşıimmunitet formalaşsın. Ona görə daha yaxşı olar ki, peyvənd qripindaha az yayıldığı sentyabr və ya oktyabr aylarında vurulsun. Lakinbütün epidemik fəsil boyu da bunu etmək olar”.

Seçilən
32
az.trend.az

1Mənbələr