AZ

Hakan Fidan HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil əl-Həyyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə yaxın mənbələr məlumat yayıb.

Bildirilib ki, Ankarada keçirilən görüşdə Qəzzada mövcud vəziyyət hərtərəfli qiymətləndirilib və sülh planının ikinci mərhələsinə keçid prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, söhbət zamanı HƏMAS nümayəndə heyəti atəşkəs prosesi üçün tələb olunan bütün şərtləri yerinə yetirdiklərini bildirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
30
missiya.az

1Mənbələr