Azərbaycan Respublikasının Baş prokuroru, Baş Prokurorluğun rəhbərliyi, prokurorluq əməkdaşları və prokurorluğun veteranları Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən "Gülçöhrə və Əsgər" tamaşasını izləyiblər.
"Far.Az" xəbər verir ki, tədbir çərçivəsində milli mədəni irsimizin təbliği, klassik Azərbaycan musiqi və teatr sənətinin inkişafına dəstək göstərilməsi, həmçinin prokurorluq əməkdaşlarının mədəni həyatının zənginləşdirilməsi məqsədi daşıyan bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb.
Tədbiri, həmçinin, Kamal Abdulla və digər incəsənət xadimləri də izləyib.