Türkiyədə minimum əmək haqqının artırılması restoranlarda, kafelərdə və kurort otellərində qiymətlərin qalxmasına səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyənin dövlət bankındakı anonim mənbəyə istinadən məlumat yayıb.
Daxili mənbənin sözlərinə görə, minimum əmək haqqının artımı yay aylarına qədər inflyasiyanı dəstəkləyən bir amil olacaq. O, inflyasiyanın xidmət sektorunda və xidmət yönümlü sənaye sahələrində daha çox, idxalın payı yüksək olan mallarda isə daha az nəzərə çarpacağına inanır.
Agentliyin mənbəyi həmçinin gözəllik salonları, təmizlik xidmətləri və təmir sexləri üçün qiymət artımlarını proqnozlaşdırıb. O, həmçinin iaşə bazarında (kənar iaşə və ziyafət xidmətləri) qiymət dəyişikliklərini də proqnozlaşdırıb.