ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Qrip infeksiyasının pik dövrü dekabr–yanvar aylarına təsadüf edir. Qriplə yanaşı, digər respirator viruslar da mövcuddur ki, onlar daha çox qəfil başlanğıcı ilə xarakterizə olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı səsləndirib.
Onun sözlərinə görə, respirator virusların əksəriyyəti müxtəlif fəsadlara yol aça bilər və hazırda qrip mövsümü davam edir.
İnfeksionist bildirib ki, bayram günlərində insanlar istirahət və əyləncə məqsədilə kütləvi məkanlara üz tuturlar. Xüsusilə Yeni İl tədbirlərində müxtəlif ailələrdən olan insanların bir araya gəlməsi respirator virusların yayılması üçün əlverişli şərait yaradır.
“Bayram günlərində xəstələnmə riski daha yüksək olur. Əgər insan özünü xəstə hiss edirsə, evdə qalaraq istirahət etməlidir”, – deyə Təyyar Eyvazov vurğulayıb.
Əli Hüseynov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.