AZ

“Ermənistan Rusiyanın hər hansı mülkiyyət və ya idarəetmə hüququnu tanımaq istəmir” ŞƏRH

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Məsələ mülkiyyət hüququnun əldə edilməsi olmasa da, əsas məqsəd hansısa formada, xüsusilə də “Zəngəzur dəhlizi” adlandırılan marşrut boyunca nəzarətdə iştirak etməkdir. Rusiya bunu belə əsaslandırır ki, 2008-ci ildə Robert Köçəryanın hakimiyyətinin son günlərində Moskva ilə İrəvan arasında Ermənistan dəmir yollarının idarəçiliyə verilməsi ilə bağlı müqavilə imzalanıb”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“Rusiya bu sənədi arqument kimi irəli sürərək bildirir ki, Ermənistan ərazisindən keçən bütün dəmir yollarında onun iştirakı olmalı və idarəetmə məsuliyyətini daşımalıdır.

Lakin bu, yeni bir vəziyyətdir. Həmin dövrdə nə Zəngəzur dəhlizi, nə də “Tripp marşrutu” anlayışı mövcud idi. Buna baxmayaraq, Rusiya öz sərhəd qoşunları vasitəsilə sözügedən marşruta nəzarət etmək niyyətində olub”.

Deputat qeyd edib ki, Ermənistan isə bu məsələdə Rusiyanın hər hansı mülkiyyət və ya idarəetmə hüququnu tanımaq niyyətində deyil.

“Çünki artıq bu marşrut üzrə logistikanın idarə edilməsi ilə bağlı Amerika şirkətləri ilə konkret danışıqlar aparılır.

Faktiki vəziyyət ondan ibarətdir ki, “tripp marşrutu”na Amerika şirkətinin nəzarət edəcəyi və daşımaların da ABŞ şirkətləri tərəfindən həyata keçiriləcəyi gözlənilir. Bu isə tərəflər arasında əlavə anlaşılmazlıqlara səbəb olur”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
icma.az

1Mənbələr