AZ

Səfir: Azərbaycan ilə Türkmənistan arasındakı əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur

Bakı, 24 dekabr, AZƏRTAC

Ölkələrimiz arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri əhəmiyyətli inkişaf yolu keçərək 2025-ci ildə ölkə liderlərinin siyasi iradəsi ilə daha da möhkəmləndi, qarşılıqlı etimad və dostluq prinsipləri üzərində genişləndi. Azərbaycan ilə Türkmənistan arasındakı əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Son dövrlər baş tutan ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, görüşlər və diplomatik təmaslar ikitərəfli dialoqu intensivləşdirib, bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradıb.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov deyib.

Səfir Türkmənistanın daimi tərəfsizliyinin tanınmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın Türkmənistanın BMT tərəfindən tanınan daimi tərəfsizlik siyasətinə böyük hörmətlə yanaşdığını və 1995-2025-ci illərdə qəbul edilən qətnamələrə həmmüəllif qismində qoşulduğu bildirib.

Diplomat Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Dövlət başçılarının Məşvərət Məclisinə tamhüquqlu üzv kimi qəbul olunmasındakı rolunu yüksək qiymətləndirərək bildirib ki, 2025-ci ildə Daşkənddə baş verən bu tarixi hadisə de-fakto sərhədləri genişləndirəcək və regional əməkdaşlığı artıracaq.

Türkmənistan milli liderinin təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikilməsinin şəhər sakinləri tərəfindən “ümumi dəyərlərə xüsusi hörmət simvolu” kimi qiymətləndirildiyini vurğulayan səfir deyib: “Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında Memorandumun imzalanması ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq üçün yeni səhifə açıb”.

 

 

 

Seçilən
30
1
azertag.az

2Mənbələr