AZ

Respirator virus infeksiyaları il boyu mövcuddur Həkim infeksionist

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Respirator virus infeksiyaları il boyu mövcud olsa da, payız və qış aylarında onların yayılması üçün daha əlverişli şərait formalaşır və yoluxma halları kəskin şəkildə artır. Mütəxəssislərin sözlərinə görə, bu dövrdə yalnız qrip deyil, ondan başqa 200-dən artıq müxtəlif virus növü də sirkulyasiya edir və hər epidemioloji mövsümdə bir neçə virus eyni vaxtda aktiv olur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qurumun “Instaqram” hesabında keçirilən canlı yayım zamanı səsləndirib.

Onun sözlərinə görə, bu infeksiyaların klinik gedişi, demək olar ki, bir-birinə oxşardır:

"Əsas əlamətlər halsızlıq, zəiflik, bədən hərarətinin yüksəlməsi, boğaz ağrısı, öskürək, burun tutulması və burun axmasıdır. Virusların əksəriyyəti yuxarı tənəffüs yollarını zədələsə də, bəzi hallarda aşağı tənəffüs yolları da zədələnə və xəstəlik ağciyər iltihabına qədər ağırlaşa bilər".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
redaktor.az

2Mənbələr