AZ

Finlandiya Rusiya ilə müharibəyə hazırlaşır

Hurriyyet.az xəbər verir ki, Finlandiya Rusiya ilə müharibəyə hazırlaşır.

Rusiya ilə gərginlik fonunda Finlandiya müdafiə potensialını artırır. "National Interest" nəşrinin məlumatına görə, Finladniyanın Hərbi Hava Qüvvələri yeni "F-35A Lightning II" qırıcılarını "AIM-120D3" hava-hava raketləri ilə təchiz etmək qərarına gəlib.

ABŞ ilə müqaviləyə əsasən, Helsinki 405 ədəd "AIM-120D3 AMRAAM" raketi və 8 ədəd yönəldici qurğu alacaq. Müqavilənin ümumi dəyəri təxminən 1,07 milyard dollardır.

Finlandiyanın müdafiə naziri Antti Hakkanen bildirib ki, raketin son versiyası ölkənin Hərbi Hava Qüvvələrinin potensial təhdidlərə cavab vermək qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. O, bu sövdələşmənin ABŞ və digər müttəfiqlərlə əməkdaşlığı gücləndirəcəyini qeyd edib.

Hürr Tərcüman

 

Seçilən
20
2
hurriyyet.az

3Mənbələr