"Yuventus"un hücumçusu Kenan Yıldız İngiltərə Premyer Liqasına keçə bilər.
Publika.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Mənbənin iddiasına görə, futbolçunu "Tottenhem" və "Çelsi" yaxından izləyir. 20 yaşlı Yıldız "Yuve"dən yeni müqavilə üçün əhəmiyyətli maaş artımı tələb edir. Tərəflər razılığa gələ bilməsə, türkiyəli futbolçu artıq yanvar ayında komandanı tərk edə bilər.
Transferin dəyərinin təxminən 90 milyon avro olacağı bildirilir.