Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Baş naziri Əbdülhəmid Dibeybə ilə telefon danışığı aparıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "TRT Haber" məlumat yayıb.
Ərdoğan danışıq zamanı Liviya Baş Qərargah rəisi, general-polkovnik Məhəmməd Əli əl-Həddad və onunla birlikdə olan şəxsləri daşıyan təyyarənin qəzaya uğraması nəticəsində həlak olmalarından dərin kədər duyduğunu bildirərək başsağlığı verib.