AZ

İsti şokoladdan bu səbəbdən imtinaETMƏLİSİNİZ

Stomatoloq Məhəmməd Ali Yeni il süfrəsində ən çox diş sağlamlığına zərər verən içkilərin adını çəkib.

Redaktor.az xəbər verir ki, o,  bayram günlərində istehlak olunan bəzi məhsulların təhlükəsi barədə "Metro" nəşrinə danışıb.

Həkim şirin siroplar, qaymaq və zefirlə hazırlanan qəhvə və isti şokoladın istifadəsindən çəkinməyi tövsiyə edib.

Onun sözlərinə görə, bu cür içkilər isti halda yavaş-yavaş içildiyi üçün tərkibindəki şirin siroplar dişləri örtür və onların səthində soyuq içkilərlə müqayisədə daha uzun müddət qalır. Bu isə kariyesin yaranması və diş minasının eroziyası riskini artırır.

Bundan əlavə, stomatoloq bildirib ki, şəkər qəbulunun kəskin şəkildə artması qanda qlükoza səviyyəsinin sürətli dəyişməsinə səbəb ola bilər. Bu hal orqanizmə əlavə yük yaradır və iltihabi proseslərin güclənməsinə gətirib çıxarır.

Aytəkin TOFİQQIZI

Seçilən
14
1
redaktor.az

2Mənbələr