Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybə ilə telefon danışığı aparıb.
Herbiand.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Ərdoğan telefon danışığı zamanı Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əl-Haddad və onunla birlikdə həlak olanların yaxınlarına dərin kədər hissi ilə başsağlığı diləklərini çatdırıb.