Yuri Vernidub «Neftçi»də ilk qələbəsini Yevlaxda qazandı.
Premyer Liqanın 16-cı turunda «Karvan»ın qonağı olan «ağ-qaralar» 2:1 hesablı qələbəyə sevindi.
Hesabı ev sahibləri açsa da, bakılılar Bassala Sambu və Emin Mahmudovun sayəsində geridödnüş edə bildi.
Kapitanın 90+7-ci dəqiqədə vurduğu qolla əldə olunan 3 xal klub rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Əsas heyətdə meydana çıxanların hər birinə 2000 manat mükafat ödənilib.
Paytaxt təmsilçisi mövsümün ilk yarısında 16 tura 20 xal toplayıb. Onlar bu nəticə ilə turnir cədvəlinin səkkizinci pilləsində yerləşib.
«Neftsi» yeni baş məşqçini dekabrın 9-da gətirib. Həmin gün ukraynalı ilə 1,5 illik müqavilə bağlanıb.
Samir Abasovun əvəzləyicisi ölkəmizdəki debüt matçında 1 xala qane olub. «Ağ-qaralar» Vernidubun ilk oyun günündə «Sumqayıt»la 2:2 edib.
SPORTİNFO.AZ