AZ

Qızıl, gümüş və platin rekord qiymətlərə çatıb

Bakı. Trend:

Yeni ildən əvvəlki son ticarət günündə qiymətli metallarbazarında ciddi artım müşahidə olunub.

Trend xariciKİV-ə istinadla xəbər verir ki, qızılın unsiya qiyməti tarixdə ilkdəfə 4500 dollar həddini keçərək 4525 dollara qədər yüksəlib. Bu,qızılın son 12 gündə 11-ci dəfə bahalaşmasıdır və 2025-ci ildəkiümumi artımı 70%-dən çoxa çatdıraraq 1979-cu ildən bəri ən yaxşıgöstəricini təmin edib.

Oxşar yüksəliş gümüş və platin bazarlarında da qeydə alınıb.Gümüşün unsiyası 72,16 dollara, platin isə 2333,80 dollarayüksələrək tarixi zirvələrə çatıb.

Analitiklər bu artımı investorların geosiyasi və iqtisadiqeyri-müəyyənliklər fonunda təhlükəsiz aktivlərə üz tutması iləizah edirlər. Eyni zamanda, 2026-cı ildə ABŞ-də faiz dərəcələrininaşağı salınacağı və dolların zəifləyəcəyi gözləntiləri də qiymətlimetallara marağı artırır.

Seçilən
20
1
az.trend.az

2Mənbələr