AZ

Lavrovdan Suriya ilə bağlı ÖNƏMLİ AÇIQLAMA: “Bundan sonra da…”

“Rusiya ilə Suriya arasında münasibətlər yeni mərhələyə qədəm qoyub”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriyanın XİN başçısı ilə görüşdə səsləndirib.

O qeyd edib ki, Moskva Suriyanın suverenliyi və ərazi bütövlüyünün qorunmasına sadiqdir və iki ölkə arasındakı əlaqələr mövcud əsaslar üzərində inkişaf etdiriləcək.

Lavrov əlavə edib ki, Suriyanın rəhbərliyi Vladimir Putinlə görüşdə Rusiyayla əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu ifadə edib.

Nazir vurğulayıb ki, aparılan danışıqlar iki ölkə arasında əlaqələrin gücləndirilməsi məsələsini ətraflı müzakirə etmək və bu istiqamətdə konkret addımların müəyyənləşdirilməsi üçün yaxşı imkan yaradır.

Seçilən
28
nocomment.az

1Mənbələr