AZ

Tıxacda qabağa keçmək istəyən sürücü görün nəyə əl atdı VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Abşeron rayonu, Masazır qəsəbəsində qayda pozan sürücü videoya çəkilib.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında baş verib. Görüntüdən aydın olduğu kimi, 99-DL-187 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü səkiyə çıxaraq yol boyu hərəkət edib. Belə ki, tıxacda gözləməyə səbr etməyən sürücü bu manevri həyata keçirib və nəqliyyat axınını çətinləşdirib.

Qeyd edək ki, yol hərəkətində səbr və qaydalara riayət hər bir sürücünün əsas məsuliyyətidir. Tıxac zamanı belə qanunsuz manevrlər həm digər avtomobillərin hərəkətini çətinləşdirir, həm də yol iştirakçıları üçün təhlükə yaradır. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
avtosfer.az

1Mənbələr