AZ

Azərbaycan südü hansı ölkələrdən alır, hansı ölkəyə satır? Qiymətlər

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

Bu ilin ilk 10 ayı ərzində Azərbaycandan Gürcüstana ümumi dəyəri 4 milyon 468,3 min dollar olan 5 min 518,3 ton süd ixrac olunub.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, Gürcüstana ixrac olunan və yağlılıq dərəcəsi 1–6% arasında olan südün 1 litrinin orta gömrük dəyəri 1,42 manat olub.

Qeyd edək ki, eyni dövrdə Azərbaycan xarici ölkələrdən ümumi dəyəri 3 milyon 193 min dollar olan 4 min 257 ton süd idxal edib. İdxal olunan və yağlılıq dərəcəsi 1–6% arasında olan südün 1 litrinin orta gömrük dəyəri 1,31 manat olub.

Azərbaycan südü əsasən Belarusdan (1 981 ton), İrandan (1 527,6 ton) və Rusiyadan (469 ton) idxal edib.

Müqayisə üçün bildirək ki, daxili bazarda satılan pasterizə olunan yerli südün 1 litrinin qiyməti 1,13 manat, sterilizə olunan yerli südün 1 litrinin qiyməti isə 2,53 manat olub.Elnur Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
yeniavaz.com

2Mənbələr