AZ

Bölgə klubu üçün yeni baş sponsor

ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 23-ü Qusarda Futbolun İnkişaf Fondu - FİF-in vasitəçiliyi ilə “Şahdağ Qusar” Futbol Klubu və ISFA Green Life arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Sportal.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Tural Piriyev “Şahdağ Qusar”ın yenidən gücləndirilməsi üçün görülən işlər barədə məlumat verib və bu prosesdə dəstək olan hər kəsə təşəkkür edib.

Daha sonra Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, FİF-in Himayəçilər Şurasının üzvü Asim Xudiyev, İSFA MMC-nin direktoru Samir Xeyirbəyov və “Şahdağ Qusar” FK-nın prezidenti Rahid Əmirquliyev çıxış ediblər.

Çıxışlardan sonra imzalanma mərasimi baş tutub. Tərəfdaşlıq müqaviləsini “Şahdağ Qusar” FK-nın prezidenti Rahid Əmirquliyev və İSFA-nın rəhbəri Samir Xeyirbəyov imzalayıblar.

Tədbirin sonunda isə media nümayəndələrinin sualları cavablandırılıb.

Məlumat üçün bildirək ki, sentyabrın 18-i İSFA MMC ilə klub arasında tərəfdaşlıq müqaviləsi imzalanıb və prosesin müsbət irəliləməsi nəticəsində baş sponsor razılaşması əldə olunub.

Qeyd edək ki, İSFA MMC 2015-ci ildən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Şirkət innovativ damlama-suvarma və yağmurlama sistemlərinin satışı və quraşdırılması, meyvə tinglərinin istehsalı və satışı, intensiv bağların salınması və aqro-texniki xidmətlərlə məşğuldur.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
2
sportal.az

3Mənbələr