AZ

Bəşir İsazadə: “Növbəti hədəf Olimpiadadır”

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

I-S kateqoriyasına yiyələnən Bəşir İsazadənin əsas hədəflərindən biri Azərbaycan güləş hakimliyinin inkişafına, güclənməsinə töhfə verməkdir.

Ədalət təmsilçisi güləşdə ən yüksək dərəcəyə sahib olması ilə bağlı fikirlərini bölüşüb.

“I-S kateqoriyasına yiyələnməyim ilsonu hədiyyəsi oldu. Arzuladığım yerdə olduğum üçün şadam. Bu dərəcəyə yüksəlməyimdə böyük payı olan Azərbaycan Güləş Federasiyasına, Hakimlər Kollegiyasına və digər təcrübəli həmkarlarıma təşəkkürümü bildirirəm”, - deyə o, “Report”a açıqlamasında deyib.

Referi ilk hədəfinin 2026-ci ildə Bəhreyndə böyüklər arasında keçiriləcək dünya çempionatında iştirak etmək olduğunu vurğulayıb:

“Növbəti məqsəd olimpiadaya qatılmaqdır. Əlbəttə, Azərbaycan güləş hakimliyinin inkişafına, güclənməsinə töhfə vermək də əsas hədəflərdəndir”.

Bəşir İsazadə 2028-ci ildə ABŞ-də keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak ehtimalına da toxunub:

“Arzu, istək və əzm olduğu müddətcə istənilən hədəfə çatmaq mümkündür. Hər hakim kimi öz şanslarımı 50% dəyərləndirirəm”.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
icma.az

3Mənbələr