AZ

Türkiyədə müalicə olunan qazi dünyasını dəyişdi

Vətən müharibəsi qazisi Elçin Telman oğlu Qurbanov vəfat edib.

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

 

Bildirilib ki, E. Qurbanov Türkiyədə müalicə olunurmuş və orada dünyasını dəyişib.

 

DSX-nın zabiti olan Elçin Qurbanov Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib. O, Qarabağdakı son döyüşlər zamanı yaralanıb və daha sonra ordudan tərxis edilib. Bir müddət əvvəl isə Elçində onkoloji xəstəlik aşkarlanıb və o, müalicə üçün Türkiyəyə aparılıb.

 

Mərhum bu gün Cəlilabadın Ocaqlı kəndində dəfn edilib.

 

Seçilən
18
senzor.az

1Mənbələr