AZ

ABŞ-nin vitse-prezidenti Ermənistana səfər edəcək

“ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens 2026-cı ilin fevral ayında Ermənistana səfər edəcək”.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın müxalif “Respublika Naminə” Partiyasının sədri Arman Babacanyan özünün “Facebook” sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, bu, sadəcə adi yüksək səviyyəli səfər deyil, Vaşinqtonun avqustun 8-də (Azərbaycan, ABŞ və Ermənistan arasında) əldə edilmiş razılaşmalarının icrasına sürətlə həyata keçirdiyini göstərən faktdır.

Babacanyan Vensin gözlənilən səfərinin “Tramp yolu” layihəsinin həyata keçirilməsi baxımından da önəmli olduğunu vurğulayıb.

Siyasətçi ABŞ-nin vitse-prezidentinin mümkün səfərinin aşağıdakı aspektlər baxımından önəmli olduğunu qeyd edib:

“Birincisi, TRIPP üçün investisiya layihələri: yollar, logistika mərkəzləri, anbarlama, yükdaşımalar, sığorta, xidmət iqtisadiyyatı və sairə.

İkincisi, sərhəd və gömrük imkanlarının sürətli modernləşdirilməsi: qaçaqmalçılığa qarşı sistemlər, tam rəqəmsallaşdırma, kibermüdafiə, yükdaşımalara nəzarət.

Üçüncüsü, hüquqi təminatlar: şəffaf müqavilələr, müstəqil nəzarət, risklərin qarşısının alınması, investorla dövlət maraqlarının balanslı qorunması.

Daşqın HəsənovMissiya.Az

Seçilən
29
missiya.az

1Mənbələr