AZ

2025 də məşhurlar belə yadda qaldı Həbs, barışıq, qalmaqallar

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2025-ci il Azərbaycan ictimai gündəmində şou-biznes yalnız əyləncə sahəsi kimi deyil, mədəniyyət, siyasət və milli həssaslıqların kəsişdiyi bir platforma kimi çıxış edib.

“Avroviziya”dan tutmuş həbslərə, filmlərin qadağan olunmasına qədər bir sıra olaylar göstərdi ki, maqazin artıq sadəcə sarı xəbər deyil – ictimai rəyin formalaşdığı məkandır.

“Avroviziya” və “Mamagama”: gözləntilər niyə doğrulmadı?

Azərbaycanın 2025-ci ildə “Avroviziya” mahnı müsabiqəsində “Mamagama” qrupu ilə təmsil olunması ilk gündən mübahisələrə səbəb oldu. Sosial şəbəkələrdə əsas tənqidlər musiqi üslubunun milli kimliyi kifayət qədər əks etdirməməsi və seçim prosesinin şəffaflığı ilə bağlı idi.

Samirə Əfəndinin erməni ifaçını qucaqlaması: sənət, yoxsa siyasi məsuliyyətsizlik?

Müğənni Samirə Əfəndinin xarici tədbirlərdən birində erməni ifaçını qucaqlaması ilə bağlı yayılan görüntülər cəmiyyətdə kəskin reaksiyaya səbəb oldu. Bir tərəf bunu “sənətin siyasətdən üstünlüyü” kimi dəyərləndirsə də, digər tərəf bunu Qarabağ müharibəsi fonunda qəbuledilməz addım saydı. Bu olay bir daha sübut etdi ki, azərbaycanlı sənətçi beynəlxalq arenada yalnız özünü yox, ölkəsini də təmsil edir və atılan hər addım ictimai məsuliyyət daşıyır.

Aygün Kazımova və Röya Ayxan: səmimi barışıq, yoxsa planlı PR?

2025-ci ilin maqazin gündəmini zəbt edən hadisələrdən biri də Aygün Kazımova ilə Röya Ayxanın barışması oldu. Uzun illər davam edən gərgin münasibətdən sonra baş verən bu “barışıq” bəzi çevrələrdə səmimi addım kimi, digərlərində isə planlı PR kampaniyası kimi qiymətləndirildi.

Maraqlıdır ki, barışıq xəbəri sənət layihələrindən daha çox müzakirə olundu. Bu isə bir daha göstərdi ki, Azərbaycan şou-biznesində şəxsi münasibətlər sənətdən daha çox diqqət çəkir.

Rəqsanə İsmayılovanın həbsi

Müğənni Rəqsanə İsmayılovanın həbsi 2025-ci ilin ən səs-küylü olaylarından biri oldu. Hadisə cəmiyyətdə “şou-biznes nümayəndələri qanundan kənardadırmı?” sualını gündəmə gətirdi.

Bu olay göstərdi ki, məşhurluq hüquqi məsuliyyətdən azad etmir və ictimai status qanun qarşısında üstünlük deyil.

“Məhsəti” filminin qadağan olunması

“Məhsəti” qısametrajlı filmin Azərbaycanda nümayişinə qadağa qoyulub. Kino Agentliyinin Bədii Şurası filmi ölkədə yayım üçün “məqsədəuyğun” saymadığına görə o, Bakı Beynəlxalq Film Festivalının proqramından çıxarılıb.

Mədəniyyət Nazirliyi qərarı filmin “milli-mənəvi dəyərlərə zidd” olması ilə əsaslandırıb.

Tacir-Əminə qalmaqalı

2025-ci ildə şou-biznes qalmaqalları ilə də yadda qalıb. Müğənni Tacir Şahmalıoğlu ilə Əminə Şirinin mahnı üstündə başlayan qalmaqalı söz davasına çevrilib. Hər iki ifaçı "Ölüm haqdır" mahnısını oxuyub. Əminə bəstəni pulla aldığını, Tacirin ona haqsızlıq etdiyini bildirib. Daha sonra Tacir Əminənin sözləri düzgün tələffüz etmədiyini bildirib. Bu isə Əminənin xoşuna gəlməyib.

Elton Hüseynəliyev və iradları

Əməkdar artist Elton Hüseynəliyev ilin son qalmaqalına imza atıb. Uzun müddət sonra efirə çıxan sənətçi Xalq artisti Flora Kərimova və Əməkdar artist Lalə Məmmədovanın ünvanına xoşagəlməz sözlər səsləndirib. O, Laləni Xalq artisti Brilliant Dadaşovanı təkrarlamaqda ittiham edib. Aysun və Ayan Babakişiyevanı həvəskar ifaçı adlandırıb. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
1
moderator.az

2Mənbələr