AZ

Saray qəsəbəsində avtobusda baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şosesinin Abşeron rayonunun Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanğınsöndürənlər avtobusda baş vermiş yanğını qısa müddətdə söndürüblər.

Xəsarət alan yoxdur.

Seçilən
24
8
sia.az

10Mənbələr