AZ

“Həyat təhlükəsizliyimiz öz əlimizdədir” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Həyat təhlükəsizliyimiz öz əlimizdədir” mövzusunda esse müsabiqəsi keçirib. Müsabiqə mərkəzin xidmət ərazisinə daxil olan Səbail, Nəsimi, Sabunçu və Qaradağ rayonları üzrə ümumtəhsil məktəblərinin 10-17 yaşarası şagirdlərini əhatə edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqənin əsas məqsədi şagirdlərdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması, fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə biliklərin artırılması, eyni zamanda, Konstitusiya və suverenlik prinsipləri və dəyərlərinin təbliği olub.

Noyabr ayında başlanılan esse müsabiqəsində 100-dən çox şagird iştirak edib və təqdim olunmuş işlər Bakı Regional Mərkəzinin münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.

Nəticələrə əsasən, 2 nəfər birinci yerə, 2 nəfər ikinci yerə, 2 nəfər üçüncü yerə layiq görülüb, 10 nəfər şagird isə fərqlənməyə görə mükafatlandırılıb.

Qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
azertag.az

1Mənbələr