AZ

Amansızcasına qətlə yetirilən Nazilə Mustafayevanın cərrah qohumundan polis əməkdaşlarına minnətdarlıq

Xəbər verildiyi kimi, noyabr ayının 29-da Beyləqan rayonunda ağır qətl hadisəsi baş verib. Rayonun Bolsulu kənd sakini 68 yaşlı Nazilə Mustafayeva öz evində boğularaq qətlə yetirilib.

Moderator.az-a açıqlama verən tanınmış cərrah Mahmud İsmayılov qətl hadisəsi törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edildiyini bildirib. Mahmud İsmayılov yüksək peşəkarlığına görə polis əmədkaşlarına minntədarlığını bildirib:

“Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində bu ağır cinayəti törədən şəxs müəyyən edilərək tutulub və istintaq orqanına təhvil verilib. Belə bir ağır cinayətin üstünü yüksək professionallıqla və qısa müddət ərzində açdıqlarına görə Beyləqan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Cehun Qurbanova, onun birinci müavini polis mayoru Xəzər Eldarova, DİN-in əməkdaşı, polis polkovniki Mehman Məmmədova və idarənin digər əməkdaşlarına “çox sağ olun” deyir, minnətdarlığımı bildirirəm. Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının peşəkarlığı nəticəsində şübhəli şəxsin müəyyən edilərək saxlanılması bizim üçün ən böyük təsəllidir və inanırıq ki, təqsirkar şəxs öz layiqli cəzasını alacaqdır”.

Seymur ƏLİYEV

Seçilən
45
moderator.az

1Mənbələr