Nyu-Yorkda pitbul azyaşlı uşağa hücum edib
AzEdu.az xəbər verir ki, Nyu-Yorkun Manhetten şəhərində, Union Square yaxınlığında pitbul cinsli it 1 yaşlı uşağa hücum edib. Məlumata görə, it uşağın ayağını dişləyib. Ətrafdakılar müdaxilə edərək iti uzaqlaşdırıblar.
Azyaşlı xəstəxanaya çatdırılıb, vəziyyətinin stabil olduğu bildirilir. Hadisə ilə bağlı itin sahibi barəsində hələlik tədbir görülməyib. Faktla bağlı araşdırma aparılır.
Zeynəb Tehranlı