Türkiyədə tanınmış şəxslərin narkotikdən istifadə etməsi şübhəsi ilə aparılan istintaq çərçivəsində TİMS&B prodakşın şirkətinin rəhbəri, məşhur prodüser Timur Savcı saxlanılıb.
“Yeni Sabah” “Cumhiriyet”ə istinadən xəbər verir ki, əməliyyat İstanbul Jandarma Komandanlığı tərəfindən həyata keçirilib.
T.Savcının saç və qan nümunələrinin götürülməsi üçün Məhkəmə-Tibb Ekspertizası qurumuna göndəriləcəyi bildirilib.
İstanbul Baş Prokurorluğu tərəfindən yayımlanan rəsmi açıqlamada qeyd olunub ki, Timur Savcı Türkiyə Cinayət Məcəlləsinin narkotik və ya psixotrop maddələrin istifadəsini asanlaşdırma, istifadə üçün maddə əldə etmə və saxlama üzrə şübhəli şəxs qismində saxlanılıb.
Timur Savcı “Möhtəçəm yüz il” də daxil olmaqlıa bir çox məhşur film və serialların prodüsseridir.
İlhamə Qasımlı
Telegram kanalımız