AZ

Xidmət: 71 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib

Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-noyabr ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 825 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

"Yeni Sabah" xəbər verir ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 71 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.


Telegram kanalımız
Seçilən
34
13
yenisabah.az

3Mənbələr